...

2017-ci ilin dövlət büdcəsi dekabrda müzakirə olunacaq - Milli Məclisdə

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2016 16:29 (UTC +04:00)
Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasında dekabrın 6-8-də müzakirə olunacaq
2017-ci ilin dövlət büdcəsi dekabrda müzakirə olunacaq - Milli Məclisdə

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasında dekabrın 6-8-də müzakirə olunacaq. Trend-in məlumatına görə, bu sözləri bu gün parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, büdcə layihəsinin müzakirəsi 3 gün davam edəcək.

Komitəyə təqdim edilən 2017-ci il büdcə layihəsinə əsasən, gələn il dövlət gəlirləri 15,955 milyard, xərclər 16,6 milyard məbləğində proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti