...

“PAŞA Həyat” vəfat etmiş şəxsin banka olan ipoteka kreditini ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2016 17:02 (UTC +04:00)
Azərbaycanın sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat” “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
“PAŞA Həyat” vəfat etmiş şəxsin banka olan ipoteka kreditini ödəyib

Bakı. Trend:

Azərbaycanın sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat” “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 46 512 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı bank üzrə ödənilib.

Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 9 sığorta hadisəsinə görə ümumilikdə 184 733 manat həcmində sığorta ödənişi verilib.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Bu ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti