...

Azərbaycan-Rusiya sərhədindəki sıxlığın səbəblərindən biri...

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2016 18:23 (UTC +04:00)
Azərbaycan və Rusiya gömrük orqanları arasında işçi görüş keçirilib.
Azərbaycan-Rusiya sərhədindəki sıxlığın səbəblərindən biri...

Bakı. Trend:

Noyabrın 18-də Rusiya-Azərbaycan sərhədində yerləşən “Yaraq Qazmalar” sərhəd-keçid məntəqəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi və Rusiya Federasiyası Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərliyi ilə nümayəndə heyətlərinin qatıldığı toplantıda Xaçmaz Gömrük İdarəsinin “Samur” və Rusiya tərəfində yerləşən “Yaraq Qazmalar” sərhəd-keçid məntəqələrində avtonəqliyyat vasitələrinin keçidinin təmin olunması ilə bağlı vəziyyət müzakirə olunub.

Görüşdə son günlər sərhəddə avtonəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbləri, sıxlığın aradan qaldırılma üsulları və bu sahədə həyata keçirilən qarşılıqlı səylər barədə danışılıb. Bildirilib ki, sıxlığın yaranmasının səbəblərindən biri mövsümlə əlaqədar Rusiya Federasiyasına kənd təsərrüfatı məhsulları daşıyan avtomobillərin sayının artmasıdır.

Tərəflər qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsinin gücləndirilməsinin ümumi işə fayda verəcəyini ifadə ediblər.

Sonda işçi görüşün protokolu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti