...

Avropa İnvestisiya Bankı Azərbaycan bankına 20 milyon avro kredit ayırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2016 12:19 (UTC +04:00)
Avropa İnvestisiya Bankı (AİB) "AccessBank"a ikinci kredit xəttinin ayrılmasını təsdiqləyib.
Avropa İnvestisiya Bankı Azərbaycan bankına 20 milyon avro kredit ayırır

Bakı. Trend:

Avropa İnvestisiya Bankı (AİB) "AccessBank"a ikinci kredit xəttinin ayrılmasını təsdiqləyib.

Trend AİB-ə istinadən məlumat verir ki, kreditin məbləği 20 milyon avro təşkil edəcək. Təqdim olunan vəsaitlər Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin kreditləşdirilməsinə yönəldiləcək.

"AccessBank" ölkədə mikro, kiçik və orta biznesi (KOB) maliyyələşdirən aparıcı maliyyə təşkilatı olduğundan, bu tranzaksiya özəl sektorun inkişafını dəstəkləyəcək.

Bu kredit AİB-nin Xarici Kreditləşmə Mandatının vəzifələrinə müvafiqdir. Bu mandat yerli özəl sektorun inkişafına, xüsusilə KOB müəssisələrinin, sosial və iqtisadi infrastrukturun dəstəklənməsinə, eləcə də iqlim dəyişikliklərinin yumşaldılmasına və uyğunlaşmasına yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti