...

Bank VTB-nin (Azərbaycan) plastik kart istifadəçilərinə 50%-dək endirim təklif olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2016 15:31 (UTC +04:00)
Bank VTB-nin (Azərbaycan) plastik kart istifadəçilərinə 50%-dək endirim təklif olunur

Bakı. Trend:

VTB-nin (Azərbaycan) plastik kart istifadəçiləri bir sıra xidmət obyektlərində ödəniş etdikdə əhəmiyyətli endirim qazanacaq.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ticarət və xidmət müəssisələrinin siyahısına paytaxtdakı məşhur restoran, mağaza, turizm agentlikləri və özəl klinikalar daxildir.

Belə ki, VTB-nin (Azərbaycan) plastik kart sahibləri Gömrük Hospitalına müraciət etdikdə 50%, Mediland Hospitalda 35%-dək, "Turk-American"da isə 15% endirim əldə edəcək.

"Tonqal" və "Cosy cafe and lounge" restoranlarında müvafiq olaraq 10% və 20% güzəştdən istifadə etmək mümkündür; 20%-dək endirim "Dream MT Travel", "Euro Fly Travel" və "Premium Travel Group" turizm şirkətlərində təklif olunur. "Gallery" mağazalarında, eləcə də "Gold Platinum" kart istifadəçiləri üçün "Choco Bon" mağazasında alış-veriş zamanı 10%-lik endirim nəzərdə tutulub.

Bu güzəştlərdən yararlanmaq üçün plastik kart ilə nağdsız ödəniş etmək vacib deyil. Ticarət və xidmət müəssisəsində VTB (Azərbaycan) kartını göstərmək kifayət edir.

Endirimlər bütün kart sahiblərinə, həmçinin bank VTB-nin (Azərbaycan) əmək haqqı layihəsinin iştirakçılarına da aiddir. Bank VTB-nin (Azərbaycan) əmək haqqı layihəsi maaş, eləcə də təqaüd və digər daimi və birdəfəlik gəlirlərin şirkət əməkdaşlarının hesabına asan və sürətli köçürmə üsulunu özündə əks etdirir.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti