...

Reaktiv mühərrik yanacağının qiyməti 550 manat/ton olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2016 20:25 (UTC +04:00)
Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Reaktiv mühərrik yanacağının qiyməti 550 manat/ton olub

Bakı. Trend:

Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda Dövlət Neft Şirkətinin soba mazutu və reaktiv mühərrik yanacağının qiymətinə yenidən baxılması barədə müraciəti, ölkə daxilində istehsal olunan reaktiv mühərrik yanacağının əsas hissəsinin “Azərbaycan Hava Yolları” QSC tərəfindən istifadə olunduğu və beynəlxalq uçuşlarda xarici aviaşirkətlərin tariflərinə uyğun daşıma tariflərinin tətbiq edildiyi nəzərə alınaraq, reaktiv mühərrik yanacağının qiyməti 550 manat/ton, soba mazutunun qiyməti təbii qazın yeni qiymətinə ekvivalent olaraq 240 manat/ton səviyyəsində müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti