...

Bakıda daha bir biznes forum - Pakistan sahibkarları gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2016 19:05 (UTC +04:00)
Dekabrın 6-da Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləck.
Bakıda daha bir biznes forum - Pakistan sahibkarları gəlir

Bakı. Ənvər Məmmədov - Trend:

Dekabrın 6-da Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləck.

Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, forumda qida sənayesi, toxuculuq məmulatları istehsalı, əczaçılıq, idman inventarı istehsalı və iqtisadiyyatın digər sahələrində ixtisaslaşmış Pakistan şirkətllərinin nümayəndələri iştirak edəcəklər.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan və Pakistan arasında mal dövriyyəsi 2016-cı ilin yanvar-oktyabr aylarında 5,82 milyon dollar təşkil edib ki, bu da 2015-ci ilin analoji dövri ilə müqayisədə 3,6 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti