...

Nazir müavini: Bir sıra qurumlar ƏDV-nin diferensiallaşdırılmasına qarşıdır (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2016 13:40 (UTC +04:00)
Vergilər Nazirliyi əlavə dəyər vergisinin (ƏDV) faiz dərəcəsinin diferensiallaşdırılmasını nəzərdə tutan qanun layihəsini təqdim edərkən bir sıra dövlət qurumlarının narazılığı ilə üzləşib.
Nazir müavini: Bir sıra qurumlar ƏDV-nin diferensiallaşdırılmasına qarşıdır (YENİLƏNİB)

İlk xəbər saat 12:29-da yayılıb

Bakı. Maksim Tsurkov - Trend:

Vergilər Nazirliyi əlavə dəyər vergisinin (ƏDV) faiz dərəcəsinin diferensiallaşdırılmasını nəzərdə tutan qanun layihəsini təqdim edərkən bir sıra dövlət qurumlarının narazılığı ilə üzləşib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, bu, çox ciddi və mürəkkəb məsələdir: "Heç də hər kəs bu qanunun qəbul olunmasının tərəfdarı deyil, bunun əleyhinə çıxmış qurumlar da var. Hələlik bu qanunun hansı formada qəbul olunacağı məlum deyil. Əgər parlament bu qanunu qəbul edərsə, qanun təklif olunmuş variantda yanvarın 1-dən qüvvəyə minə bilər".

Onun sözlərinə görə, qanun layihəsində müxtəlif sahələrdə ƏDV-nin diferensiallaşdırılması nəzərdə tutulur: “Dərman preparatları üçün ƏDV-nin azaldılmış faiz dərəcəsinin müəyyənləşdirilməsi vaciib məsələdir. Digər vacib məsələ məktəb ləvazimatlarıdır”.

Qeyd edək ki, Azərbaycanda ƏDV-nin vahid dərəcəsi 18 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti