...

2021-ci ilədək Azərbaycanda ÜDM-in artımı 2 faizi keçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2016 13:52 (UTC +04:00)
2018-2020-ci illərdə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) orta illik artımı 2 faizdən çox proqnozlaşdırılır.
2021-ci ilədək Azərbaycanda ÜDM-in artımı 2 faizi keçəcək

Bakı. Ənvər Məmmədov - Trend:

2018-2020-ci illərdə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) orta illik artımı 2 faizdən çox proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə 2017-ci və növbəti 3 il üçün dövlət büdcəsi və sosial-iqtisadi inkişaf konsepsiyası layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O bildirib ki, gələn il üçün ÜDM-in artımı 1 faiz səviyyəsində proqnozlaşdırılır: "Növbəti 3 il üçün isə bu rəqəm ildə 2 faizdən çox ola bilər. Qeyri-neft ÜDM-nin artımı 2017-ci ildə 2,5 faiz, 2018-2020-ci illərdə isə 2 faizdən çox proqnozlaşdırılır. Proqnozlara əsasən, neft sektoru 2017-ci ildə 2,1 faiz azalacaq”.

Qeyd edək ki, büdcə zərfi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti