...

Elman Rüstəmov manatın məzənnəsindən danışdı (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2016 13:47 (UTC +04:00)
Manatın məzənnəsi neftin 45-55 dollar səviyyəsindəki qiymətlərinə uyğunlaşdırılıb.
Elman Rüstəmov manatın məzənnəsindən danışdı (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Manatın məzənnəsi neftin 45-55 dollar səviyyəsindəki qiymətlərinə uyğunlaşdırılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisdə 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində deyib.

E.Rüstəmov deyib: “Əgər neftin qiyməti bu rəqəmlərə münasibətdə 10 dollara yaxın artsa və ya azalsa, əhalinin gəlirləri 1,7 milyard həcmində arta və ya azala bilər.”

Onun sözlərinə görə, Azərbaycanın neft qiymətlərindən asılı olmayaraq özünün müstəqil iqtisadi siyasətini yaratmaq üçün kifayət qədər resursları və maliyyə imkanları var: “Əvvəlki, neft amilinə əsaslanan iqtisadiyyata qayıtmayacağıq. Biz artıq postneft dövrünə qədəm qoymuşuq. Neft qiymətləri qalxsa belə, keçmiş iqtisadi modelə dönüş olmayacaq”.

Qeyd edək ki, büdcə zərfi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti