...

Proqnoz: "Azeri Light" 98 dollaradək bahalaşacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2016 15:46 (UTC +04:00)
UNEC “Azeri Light” markalı neftin qiymətini proqnozlaşdırıb.
Proqnoz: "Azeri Light" 98 dollaradək bahalaşacaq

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016-2020-ci illər üzrə “Azeri Light” markalı neftin dünya bazar qiymətini proqnozlaşdırıb.

Universitetdən Trend-ə verilən məlumata görə, ekonometrik modelləşdirmədə neftin qiymətinə təsir edən amillər nəzərə alınıb. Bunların elmi-texniki tərəqqi, enerji daşıyıcılarının alternativ mən­bə­lə­rinin kəşfi, ehtiyatların dəyişməsi, yeni neft yataqlarının kəşfi, iqlim şəraiti, o cümlədən günəş aktivliyinin dəyişməsi, dünya ÜDM-nin artımı (o cümlədən ABŞ, Çin, Hindistanda ÜDM artımı), hərbi konfliktlər, maliyyə strukturlarında spekulyativ əməliyyatlar, İran üzərindən neft ixracına qoyulan qadağaların aradan qaldırılması, ABŞ-ın öz neftinin ixracına qoyduğu qadağanın aradan qaldırması və s. olduğu bildirilib.

Tədqiqat SOCAR-ın sifarişi əsasında yerinə yetirilib.

“Azeri Light” markalı neftin orta müddətli dövr üçün dünya bazar qiymətinin UNEC proqnozu aşağıdakı kimidir:

İl

min

orta

max

2016

34

49.5

57

2017

48

65

81

2018

67

80,3

94

2019

62

76

79

2020

45

72

98

Məqalədə:
Xəbər lenti

Xəbər lenti