...

Deputat: Yol xəritələri ölkə iqtisadiyyatının bərabər və dinamik inkişafına xidmət edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2016 16:08 (UTC +04:00)
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi ölkə iqtisadiyyatının bərabər və dinamik inkişafına xidmət edəcək
Deputat: Yol xəritələri ölkə iqtisadiyyatının bərabər və dinamik inkişafına xidmət edəcək

Bakı. Azad Həsənli - Trend:

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi ölkə iqtisadiyyatının bərabər və dinamik inkişafına xidmət edəcək. Bunu Trend-ə millət vəkili Rüfət Quliyev deyib.

R.Quliyev qeyd edib: "Azərbaycanın sosial-iqtisadi modeli unikaldır, çünki biz həmişə qarşımıza məqsəd qoyuruq və onlara çatırıq. Bu sənədlərdə həm uzunmüddətli, həm də qısamüddətli məsələlər əksini tapıb. Yol xəritələri iqtisadiyyatın bərabər və dinamik inkişafına xidmət edəcək".

Millət vəkili əlavə edib ki, əsas məsələ bu sənədlərdə kiçik və orta sahibkarlığın inkişafının əks olunmasıdır:

İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edildi

İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edildi

"Dövlət başçısı dəfələrlə qeyd edib ki, biz kiçik və orta sahibkarlığı inkişaf etdirməliyik. Demək olar ki, bu məsələ yol xəritələrinin leytmotivini təşkil edir. Bütün inkişaf etmiş ölkələrdə - ABŞ, Almaniya, hətta Yaponiyada kiçik və orta biznesin xüsusi çəkisi ÜDM-in 50-70 faizini təşkil edir. İspaniya və Portuqaliya kimi ölkələrdə isə bu göstərici daha da yüksəkdir. Bizdə hələ ki, belə göstəricilər yoxdur. Bəli, bizdə iri şirkətlər var - Gilan Holdinq, PAŞA Holdinq, Akkord Holdinq. Bu şirkətlər uzun müddətdir ki, Asiya və Avropada investisiyalar yerləşdirir. Gilan Holdinq öz məhsulunu dünyanın 60 ölkəsinə ixrac edir”.

Deputat bildirib ki, ölkənin iqtisadiyyatını təkcə iri holdinqlər deyil, həm də kiçik və orta müəssisələr müəyyən edir.

R.Quliyev sahibkarlığın inkişafı üçün onun təbliğatının da vacib olduğunu deyib. O, kütləvi informasiya vasitələrində, televiziyalarda sahibkarlığa aid mövzuların işıqlandırılmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti