...

PAŞA Bankın strukturunda dəyişikliklər olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2016 16:23 (UTC +04:00)
PAŞA Bank ASC-nin Auditor komitəsinə iki yeni üzv təyin olunub.
PAŞA Bankın strukturunda dəyişikliklər olub

Bakı. Ənvər Məmmədov:

PAŞA Bank ASC-nin Auditor komitəsinə iki yeni üzv təyin olunub.

Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, Pərvin Əhədzadə komitənin sədri təyin olunub. Ramil Heydərov komitənin yeni üzvü olub.

Qeyd edək ki, bankın Auditor komitəsinin keçmiş sədri Azər Sadıqov idi. Komitənin tərkibinə həmçinin Cəmil Məmmədov da daxildir.

Bankın strukturunda Strategiya və büdcə komitəsi yaradılıb. Komitənin sədri vəzifəsinə bankın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva təyin olunub. Komitənin tərkibinə Aktiv və passivlərin idarə olunması və xəzinə departamentinin direktoru Bəhruz Nağıyev daxil edilib.

Dəyişikliklər, həmçinin Risklərin idarə olunması komitəsində qeydə alınıb. Burada bankın Müşahidə Şurasının üzvü Vadim Şneyeri bankın baş risk inzibatçısı Mansur Məmmədov əvəz edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti