...

Azərbaycan hökuməti dekabrın 16-da sözünü deyəcək (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2016 18:44 (UTC +04:00)
Azərbaycan hökuməti dekabrın 16-dək deputatların 2017-ci il dövlət büdcəsi layihəsinə dəyişikliklər edilməsi ilə bağlı təkliflərini qiymətləndirəcək.
Azərbaycan hökuməti dekabrın 16-da sözünü deyəcək (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan hökuməti dekabrın 16-dək deputatların 2017-ci il dövlət büdcəsi layihəsinə dəyişikliklər edilməsi ilə bağlı təkliflərini qiymətləndirəcək.

Trend-in məlumatına görə, bunu parlamentin spikeri Oqtay Əsədov Milli Məclisin plenar iclasında deyib.

Bu gün parlamentdə 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatıb. Gələn il dövlət büdcəsinin gəlirləri 16,255 milyard manat, xərcləri isə 16,9 milyard səviyyəsində proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri isə 1 246,5 milyon manat səviyyəsində proqnozlaşdırılır.

2017-ci il dövlət büdcəsi layihəsində neftin qiyməti bir barel üçün 40 dollar həcmində nəzərdə tutulur.

Sabah parlamentdə büdcə zərfinə daxil olan sənədlərin, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi, “2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi və digər məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti