...

Azərbaycanda müstəqil fəaliyyət göstərən rəqabət orqanı yaradıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2016 19:26 (UTC +04:00)
Beynəlxalq təcrübəyə uyğun Rəqabət Məcəlləsi qəbul ediləcək.
Azərbaycanda müstəqil fəaliyyət göstərən rəqabət orqanı yaradıla bilər

Bakı. Trend:

Azərbaycanda müstəqil fəaliyyət göstərən rəqabət orqanı yaradıla bilər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, maliyyə sektoru və real sektor arasında tarazlıq nöqtəsinin müəyyən edilməsi probleminin həlli Azərbaycanda rəqabət mühitinin daha da təkmilləşdirilməsi yolu ilə mümkündür. Belə ki, yalnız tam rəqabət şəraitində iqtisadiyyata stimul verməklə yerli məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyini artırmaq olar. Rəqabət mühitinin təkmilləşdirilməsi sağlam və tam təkmil rəqabət qanunvericiliyinin olmasını, bu qanunvericiliyin effektiv və müstəqil fəaliyyət göstərən rəqabət qurumu tərəfindən tətbiqini və ümumilikdə rəqabət prinsiplərinə əməl edən, rəqabətin inkişafındakı əngəlləri aradan qaldıran və inhisarçılığa yol verməyən iqtisadi siyasətin gerçəkləşdirilməsini tələb edir.

Yol xəritəsində bildirilir ki, rəqabət qanunvericiliyinin pozulması hallarının ilkin araşdırılması və aşkar edilmiş qanun pozuntuları ilə bağlı qərarların qəbul edilməsi iki fərqli fəaliyyət istiqaməti olduğundan onların müvafiq ixtisaslaşması tələb olunur. Bu baxımdan, qabaqcıl xarici (ABŞ, Avstriya, Latviya, Litva, Macarıstan, Çexiya vəs.) təcrübəyə uyğun olaraq Azərbaycanda müstəqil fəaliyyət göstərən rəqabət orqanının yaradılması nəzərdən keçiriləcək və beynəlxalq təcrübəyə uyğun Rəqabət Məcəlləsi qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti