...

Nazir müavini: At ətini ixrac edəcəyimiz əsas istiqamət Qazaxıstandır (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2016 14:46 (UTC +04:00)
Azərbaycanda at ətinin ixrac ediləcəyi əsas istiqamət Qazaxıstan olacaq.
Nazir müavini: At ətini ixrac edəcəyimiz əsas istiqamət Qazaxıstandır (YENİLƏNİB)

İlk xəbər saat 13:58-də yayımlanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda at ətinin ixrac ediləcəyi əsas istiqamət Qazaxıstan olacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı ilkin razılaşma əldə olunub.

Nazir müavini əlavə edib: “Bildiyiniz kimi, Azərbaycan bu ildən heyvan mənşəli qeyri-ənənəvi kənd təsərrüfatı məhsullarının ixracına başlayıb. At ətinin ixracı ilə bağlı biz artıq Moldova ilə saziş imzalamışıq, amma bizim üçün ixracatda hədəf istiqamət Qazaxıstandır. Bu məsələ hökumətlərarası komissiyanın iclasında qaldırılıb, indi bununla bağlı konkret addımlar atılır”.

S.Talıbov qeyd edib ki, at əti ixracı zamanı əsas məsələlərdən biri ölkədə at genofondunun saxlanması olacaq.

Nazir müavini bildirib: “At ətinin ixracı həm ölkənin ixracat həcmini, həm də coğrafiyasını genişləndirəcək. Bizim əsas məqsədimiz Qarabağ və Dilbazi atlarının genofondunun saxlanmasıdır. Ona görə ixracat zamanı genofondun saxlanması və genetik potensialın genişlənməsi ilə yanaşı, bu genofonda daxil olmayan atların ixracı ilə bağlı tədbirlər həyata keçiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti