...

Bəzi ipoteka layihələri yenidən qiymətləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2016 08:44 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı öz ipoteka proqramı çərçivəsində layihələri yenidən qiymətləndirəcək.
Bəzi ipoteka layihələri yenidən qiymətləndiriləcək

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Beynəlxalq Bankı öz ipoteka proqramı çərçivəsində layihələri yenidən qiymətləndirəcək.

Bu barədə Trend-ə bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırki ipoteka layihələri səmərəlilik baxımından onların yenidən qiymətləndirilməsindən sonra bərpa edilə bilər.

"Hal-hazırda biz 20 illik ipoteka verilişini nəzərdə tutan layihələri yenidən qiymətləndiririk, ona görə də bu layihələr çərçivəsində mənzillərin alınmasının maliyyələşdirilməsi dayandırılıb. Proses yekunlaşdıqdan sonra biz bank üçün daha əlverişli şətlərlə layihələri bərpa edə bilərik".

Qeyd edək ki, Beynəlxalq Bank Kristal Abşeron, Bakı Ağ Şəhər, Renessanse Palace, Yeni Həyat və digər tikinti şirkətləri ilə əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti