...

Dənizdəki qəzanın fəsadlarını aradan qaldırmağa 6 gəmi cəlb olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2016 12:37 (UTC +04:00)
Azərbaycan Dövlət Dəniz Administrasiyası dənizdə baş vermiş qəza ilə bağlı məlumat yayıb.
Dənizdəki qəzanın fəsadlarını aradan qaldırmağa 6 gəmi cəlb olunub

Bakı. Trend:

Azərbaycan Dövlət Dəniz Administrasiyası dənizdə baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, bu gün səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən Səngəçal estakadasının “NST-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb.

Baş vermiş hadisə ətraflı dəyərləndirilərək Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər - “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Vixr-5” hadisə yerinə yönəldilib.

Külək estakadanı dənizə uçurdu: 10 nəfər itkin düşüb (SİYAHI)

Külək estakadanı dənizə uçurdu: 10 nəfər itkin düşüb (SİYAHI)

İkinci mərhələdə isə “Caspian Provider”, “ Caspian Pride” və “Lənkəran” gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edilib.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəzi tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti