...

Azərbaycan Beynəlxalq Bankına yeni baş direktor təyin edildi (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2016 13:07 (UTC +04:00)
Vasif Əhmədov Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni baş direktoru təyin edilib.
Azərbaycan Beynəlxalq Bankına yeni baş direktor təyin edildi (YENİLƏNİB)

Bakı. azad Həsənli - Trend:

Vasif Əhmədov Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni baş direktoru təyin edilib.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Daha öncə bu vəzifədə Abbas Nəsibov (Bank Standard-ın İdarə heyətinin sabiq sədri) çalışıb. bankdan bildiriblər ki, o bu postu öz istəyi ilə tərk edib.

Hazırda ABB-də 3 baş direktor var - V.Əhmədovdan başqa, Hidayət Sultanov və Fuad İslamov da bu postu tuturlar.

Xatırladaq ki, V.Əhmədov bu təyinatadək "Atəşfah Sığorta" şirkətinin İdarə heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.

ABB Azərbaycanın maliyyə bazarında 1992-ci ilin yanvarından fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti