...

Milli Məclis vergi qanunvericiliyinə edilən dəyişiklikləri qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2016 13:14 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında vergi qanunvericiliyinə dəyişikliklər qəbul edilib.
Milli Məclis vergi qanunvericiliyinə edilən dəyişiklikləri qəbul edib

Bakı. Azad Həsənli - Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında vergi qanunvericiliyinə dəyişikliklər qəbul edilib.

Trend-in məlumatına görə, bu dəyişikliklər 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişikliklər arasında ofşor şirkətləri ilə əməliyyatlara vergi tətbiq olunması, ticarət və ictimai iaşə sahələrində fəaliyyət göstərən iri sahibkarların nağd hesablaşmalarının ayda 30 min manat həcmində məhdudlaşdırılması, hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən bank hesabından vəsaitin nağdlaşdırılmasına vergi tətbiq olunması və digər məsələlər yer alıb.

Bundan başqa, 2017-ci ildən etibarən Azərbaycanda quş ətinin satışı, un və çörək istehsalı və satışı 3 il müddətinə əlavə dəyər vergisindən azad edilir. Həmçinin, 2021-ci ilin fevralınadək əhalinin bank əmanətləri üzrə faiz gəlirlərinin, investisiya qiymətli kağızlar üzrə emitent tərəfindən ödənilən dividentlər, diskont və faiz gəlirləri vergidən azad olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti