...

Avtomobillərin parklanmasında qaydaları pozanlara qarşı yeni CƏRİMƏLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2016 13:53 (UTC +04:00)
Azərbaycanda avtomobilləri parketmə qaydalarının pozulmasına və avtomobilin idarəsi zamanı “əlil” adından qanunsuz istifadəyə görə cəzalar tətbiq edikləcək.
Avtomobillərin parklanmasında qaydaları pozanlara qarşı yeni CƏRİMƏLƏR

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda avtomobilləri parketmə qaydalarının pozulmasına və avtomobilin idarəsi zamanı “əlil” adından qanunsuz istifadəyə görə cəzalar tətbiq edikləcək.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi müzakirə olunub.

Dəyişikliklərə əsasən, “əlil” tanınma nişanından qanunsuz istifadə edilməsinə görə 40 manat məbləğində cərimə tətbiq edilməsi nəzərdə tutulur.

Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, eyni zamanda nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmaya görə 10 manat məbləğində cərimə tətbiq olunacaq. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə da 10 manat cərimə tətbiq olunacaq.

Bundan başqa, parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə nəzərdə tutulur. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə isə 20 manat məbləğində cərimə tətbiq ediləcək.

Dəyişikliklər Milli Məclisin plenar iclasında təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti