...

Azərbaycan sahibkarları Təbriz və Ərdəbilə gedəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2016 10:32 (UTC +04:00)
Azərbaycan sahibkarlarının İranın Təbriz və Ərdəbil şəhərlərinə işgüzar səfəri planlaşdırılır.
Azərbaycan sahibkarları Təbriz və Ərdəbilə gedəcəklər

Bakı. Azad Həsənli - Trend:

14-17 yanvar 2017-ci il tarixlərində Azərbaycan sahibkarlarının İranın Təbriz və Ərdəbil şəhərlərinə işgüzar səfəri planlaşdırılır.

Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna istinadən verdiyi məlumata görə, səfər Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçiriləcək.

Səfər çərçivəsində Təbriz və Ərdəbil şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi üçün ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti