...

Gömrük orqanları büdcəyə 2 milyard 246,66 milyon manat köçürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2016 10:52 (UTC +04:00)
Gömrük orqanları tərəfindən 2 milyard 246,66 milyon manat gömrük vergi və rüsumu toplanaraq dövlət büdcəsinə köçürülüb.
Gömrük orqanları büdcəyə 2 milyard 246,66 milyon manat köçürüb

Bakı. Trend:

Gömrük orqanları tərəfindən 2 milyard 246,66 milyon manat gömrük vergi və rüsumu toplanaraq dövlət büdcəsinə köçürülüb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib.

2016-cı il dekabrın 27-nə olan məlumata görə, DGK cari ildə nəzərdə tutulan 1 milyard 810,0 milyon manat illik büdcə proqnozuna qarşı, 2 milyard 246,66 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 124,12 % əməl edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 654,8 milyon manat və ya 41,1% artıq deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti