...

Azərbaycan-İran birgə əczaçılıq zavodunun təməlqoyma mərasiminin vaxtı açıqlanıb (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2016 12:47 (UTC +04:00)
Pirallahı sənaye parkında əczaçılıq zavodunun təməlinin qoyuluşu 2017-ci ilin yanvarında baş tutacaq
Azərbaycan-İran birgə əczaçılıq zavodunun təməlqoyma mərasiminin vaxtı açıqlanıb (YENİLƏNİB)

Bakı. Trend:

Pirallahı sənaye parkında əczaçılıq zavodunun təməlinin qoyuluşu 2017-ci ilin yanvarında baş tutacaq.

Trend-in məlumatına görə, bu sözləri İran-Azərbaycan hökumətlərarası komissiyanın iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Azərbaycan və İranın birgə müəssisəsi olan zavodun təməlqoyma mərasimində İranın əmək və sosial müdafiə naziri iştirak edəcək.

Dərman preparatlarının istehsalı üzrə birgə müəssisənin yaradılmasına 30 milyon dollardan çox sərmayə yerləşdiriləcək.

Bundan başqa nazir bildirib ki, hökumətlərarası komissiyanın iclasında Təbriz traktor zavodunun Neftçala sənaye bölgəsində istehsalat sahəsinin yaradılması məsələsi müzakirə olunur. O əlavə edib ki, hazırda Neftçala sənaye bölgəsində avtomobil istehsalı üzrə İran zavodunun tikintisi davam edir.

İlk mərhələdə zavodda 300 iş yerinin açılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti