...

Səfir: Azərbaycan və Belarus texnika və ehtiyat hissələrinin üçüncü ölkələrə ixracını artırmaq niyyətindədir (YENİLƏNİB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2016 13:00 (UTC +04:00)
Azərbaycan və Belarus Gəncə avtomobil zavodunda istehsal olunmuş avtomobil və kənd təsərrüfatı texnikasının üçüncü ölkələrə ixracının artırılması üzərində çalışır
Səfir: Azərbaycan və Belarus texnika və ehtiyat hissələrinin üçüncü ölkələrə ixracını artırmaq niyyətindədir  (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Azərbaycan və Belarus Gəncə avtomobil zavodunda istehsal olunmuş avtomobil və kənd təsərrüfatı texnikasının üçüncü ölkələrə ixracının artırılması üzərində çalışır.

Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sənaye sahəsində əməkdaşlıq perspektivli sahədir və iki ölkə arasında ticarət dövriyyəsinin 20 faizini təşkil edir.

Səfir Gəncə avtomobil zavodundan üçüncü ölkələrə ixracın artıq reallaşdırıldığını deyib:

“Artıq Gürcüstana ixracat həyata keçirilir, digər ölkələrə ixracın artırılması üzrə işlər gedir. Bundan başqa, daha bir perspektivli layihə - Gəncədə Belarus avtobuslarının istehsalı nəzərdə tutulur. Ümid edirəm ki, yaxın zamanlarda bu avtobusları Azərbaycanın küçələrində görəcəyik”.

Minsk traktor zavodu və Gəncə avtomobil zavodunun planlarına 2020-ci ilədək illik texnika yığılması həcmini 2000 vahidə çatdırmaq daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti