...

Hindistan Azərbaycandan zərgərlik məmulatlarının idxalına rüsumları azaltmağı xahiş edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2016 13:50 (UTC +04:00)
Hindistan Azərbaycandan zərgərlik məmulatlarının idxalına gömrük rüsumlarını azaltmağı xahiş edir.
Hindistan Azərbaycandan zərgərlik məmulatlarının idxalına rüsumları azaltmağı xahiş edir

Bakı. Azad Həsənli - Trend:

Hindistan Azərbaycandan zərgərlik məmulatlarının idxalına gömrük rüsumlarını azaltmağı xahiş edir. Trend bu barədə Hindistan KİV-lərinə istinadən məlumat verir.

Bu məsələ Hindistanın Qiymətli daşların və zərgərlik məmulatlarının ixracının təşviqi Şurasının (GJEPS) nümayəndələri ilə bu ölkənin Azərbaycandakı səfiri Sancay Rananın görüşü zamanı müzakirə olunub.

Hindistan mətbuatının məlumatına görə, GJEPS nümayəndələri Azərbaycan Maliyyə Nazirliyi ilə gömrük rüsumlarının azaldılması məsələsinin müzakirə olunmasını xahiş ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti