...

Nazir müavini: Vergilər Nazirliyi 2017-ci ildə vergi daxilolmalarının artırılması üzərində çalışır (FOTO) (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2016 12:02 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi 2017-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlarının icrasının təmin olunması üzərində çalışır
Nazir müavini: Vergilər Nazirliyi 2017-ci ildə vergi daxilolmalarının artırılması üzərində çalışır (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Vergilər Nazirliyi 2017-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlarının icrasının təmin olunması üzərində çalışır. Trend-in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, gələn il üçün dövlət büdcəsinə vergi daxilolmaları 7,51 milyard manat həcmində proqnozlaşdırılıb. Bu göstərici 2016-cı il proqnozundan 0,5 milyard manat çoxdur.

Nazir müavini qeyd edib ki, nazirlik tərəfindən yoxlamaların azaldılması bir sıra istiqamətlərdə daxilolmaların azalmasına gətirib çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti