...

Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2016 12:31 (UTC +04:00)
Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər.
Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər

Bakı. Trend:

Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, 2017-2020-ci illərdə “Azərenerji” ASC ekspertlər cəlb etməklə və standart göstəricilərin müqayisəsini aparmaqla, texniki-iqtisadi əsaslandırmalara və təhlillərə əsasən, səmərəliliyinin artırılması zəruri olan elektrik stansiyalarını, habelə bu stansiyalarda səmərəliliyin yaxşılaşdırılması üzrə münasib mexanizmləri müəyyənləşdirəcək. Eyni zamanda, Cəmiyyət səmərəliliyi yüksək olan yeni stansiyalarla təchizatın təhlükəsizliyini təmin etməklə yanaşı, ən səmərəsiz işləyən stansiyaların istismarının dayandırılmasını nəzərdən keçirəcək. Səmərəliliyin artırılması ilə bağlı yerinə yetiriləcək işlərin ölkənin elektrik enerjisi istehsalına göstərə biləcəyi mənfi təsirləri minimuma endirmək məqsədilə elektrik stansiyalarının istismara başlanma vaxtının mərhələli qrafikinə uyğun olaraq, təkmilləşdirmə işləri üçün ən münasib vaxt müddətləri təyin ediləcək.

“Azərenerji” ASC, Azərbaycan Respublikasının Energetika Nazirliyi və digər müvafiq qurumlar səmərəliliyə dair investisiya tələblərini özəlləşdirmə şərtlərinə daxil edərək, optimal elektrik stansiyalarının özəlləşdirilməsi imkanlarını nəzərdən keçirəcəklər. Özəlləşdirməyə üstünlük verildiyi təqdirdə, aidiyyəti dövlət qurumları ilə məsləhətləşmələr aparılaraq, strateji baxımdan özəlləşdirmə predmeti olmayan mühüm aktivlər müəyyən ediləcək.

Yol xəritəsində bildirilir ki, “Azərenerji” ASC və Energetika Nazirliyi təchizatçı və ya investor seçmək üçün şəffaf meyarlar əsasında modernləşdirməyə dair tender elan edəcəklər. Onlar, həmçinin müvafiq əsas icra göstəricilərini müəyyən edib idarəetmənin monitorinqini aparacaqlar (özəl sektor iştirakçıları üçün icraəsaslı tənzimləmənin həyata keçirilməsi). Daha sonra tender əsasında seçilmiş təchizatçı və ya özəl tərəfdaşla birgə modernləşdirmə işlərinə başlayacaq və işlərin gedişinə nəzarət etmək üçün işin icrasının idarə edilməsi mexanizmlərindən istifadə edəcəklər.

Yol xəritəsində bildirilir ki, bu prioritetin həyata keçirilməsi nəticəsində mövcud portfeldəki təbii qazla işləyən elektrik stansiyalarının səmərəliliyinin artması ilə, 2020-ci ildə real ÜDM-in 70 milyon manat birbaşa və 5 milyon manat dolayı olmaqla, ümumilikdə 75 milyon manat artacağı proqnozlaşdırılır. Bu prioritetin məşğulluğa birbaşa təsiri gözlənilmir.

Hazırda mövcud olan stansiyaların modernləşdirilməsi üçün bu prioritet üzrə bilavasitə təqribən 1 milyard 75 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti