...

Parlament vergi amnistiyası barədə qanun layihəsini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2016 13:32 (UTC +04:00)
Milli Məclis bu gün keçirilən plenar iclasında “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun layihəsini təsdiq edib.
Parlament vergi amnistiyası barədə qanun layihəsini təsdiq edib

Bakı. Azad Həsənli - Trend:

Milli Məclis bu gün keçirilən plenar iclasında “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun layihəsini təsdiq edib.

Trend-in məlumatına görə, qanun layihəsində iki növ vergi borclanması əks olunub: birinci maddədə borcun ödənilməməsinə görə yığılmış faizlərin silinməsi, ikinci maddədə maliyyə sanksiyalarının bir hissəsinin silinməsi nəzərdə tutulur.

Qeyd edək ki, 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borcların 2017-ci ilin yanvar ayı ərzində 30 faizi ödənildikdə yerdə qalan borcların 70 faizi, 2017-ci ilin yanvar-fevral ayları ərzində 50 faizi ödənildikdə yerdə qalan borcların 50 faizi, 2017-ci ilin yanvar-mart ayları ərzində isə 70 faizi ödənildikdə yerdə qalan borcların 30 faizi silinəcək.

Vergi amnistiyası 44,7 min vergi ödəyicisini əhatə edəcək. Faiz borclanması üzrə ümumilikdə 386,4 milyon manat silinəcək. Bundan başqa, maliyyə sanksiyaları üzrə 6 304 vergi ödəyicisinin 3 milyon manat borcu silinəcək.

Azərbaycanda ümumi vergi borclanması 1,527 milyard manat, o cümlədən faiz borclanması 386,4 milyon manat, maliyyə sanksiyaları 237,1 milyon manat təşkil edir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti