...

Bank sektorunun 2016-cı il üçün İCMALI

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2016 16:40 (UTC +04:00)
Bu ilin 30 noyabr tarixinə Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 31,869 milyon, cəmi öhdəlikləri 29,579 milyon manat təşkil edib.
Bank sektorunun 2016-cı il üçün İCMALI

Bakı. Trend:

Bu ilin 30 noyabr tarixinə Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 31,869 milyon, cəmi öhdəlikləri 29,579 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət PalatasındanTrend-ə verilən məlumata görə, sektorun balans kapitalı 2,290 milyon manatdır.

Bu banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 568, söbələrinin sayı 129, ATM-lərin sayı 2454-dür.

Bütövlükdə, bank sektorunun işçi heyəti 17 min nəfərdir.

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 156, o cümlədən kredit ittifaqlarının sayı 109-dur. BOKT-in işçi heyəti 2882 nəfərdir.

Bank sektorunun 2016-cı il üçün icmalı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti