...

"Unibank Mobile"dan yeni kampaniya

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2016 19:22 (UTC +04:00)
Artıq Unibank Mobile-da kartlar arasında aparılan əməliyyatlar 0% komissiyalı olub.
"Unibank Mobile"dan yeni kampaniya

Bakı. Trend:

Artıq "Unibank Mobile"da kartlar arasında aparılan əməliyyatlar 0% komissiyalı olub.

Bankdan Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində "Unibank"ın Mobil bankinq xidmətində card to card əməliyyatları (kredit xəttindən istifadə istisna olmaqla) komissiyasız olacaq.

"Unibank Mobile"la banka depozit qoyuluşu da indi çox cəlbedicidir. Yanvarın 7-dək “Unibank Mobile”dan manat valyutasında açılan “Müddətli” əmanətlərə müddətin sonunda + 0,3% əlavə faiz hədiyyə hesablanacaq.

Ölkə banklarının mobil əlavələrinin istifadəçi sayının müqayisəsi göstərir ki, ən çox yüklənən mobil əlavə "Unibank Mobile"dır. "Unibank Mobile" istifadəçilərinin sayı artıq on minlərlədir.

"Unibank Mobile" “Deloitte & Touche LLC” şirkəti tərəfindən də 2016-cı il üçün MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub.

"Unibank Mobile" hansı imkanları yaradır?

Bütün hesablarınıza onlayn şəkildə nəzarət etmək;

Telefonunuzun kitabçasında qeydiyyatda olan dostlarınıza siyahıdan rahat şəkildə köçürmə etmək;

"Unibank"dakı bir kart və ya hesabınızdan digər kart və ya hesabınıza pul köçürməsi, kartın bloklanması və blokdan açılması - bunlar hamısı bir kliklə mümkündür;

Olduğunuz yerdən kommunal, internet , kabel tv , kredit - istədiyiniz ödənişi həyata keçirin;

Aylıq ödənişlərinizi sistemə avtomatik ödənişlər siyahisina daxil edin və bu ödənişlər təyin etdiyiniz vaxtda avtomatik keçirilsin;

"Unibank Mobile" əlavəsi sizə həmçinin depozit və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətlərinizlə bağlı bütün məlumatları banka gəlmədən əldə edə bilərsiniz.

Siz "Unibank Mobile"ın köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz.

"Unibank Mobile" İOS və Android platformalarında işləyir. Öz smartfonunuza "Unibank"ın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

"Unibank Mobile" - asan, sürətli və təhlükəsiz!

"Unibank" - hər kəsin bankı!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti