...

Vergilər Nazirliyinin yeni departamentlərinə təyinatlar olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2017 14:59 (UTC +04:00)
Vergilər Nazirliyinin Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentinin bazasında yaradılmış yeni departamentlərinə təyinatlar olub.
Vergilər Nazirliyinin yeni departamentlərinə təyinatlar olub

Bakı. Ənvər Məmmədov - Trend:

Vergilər Nazirliyinin Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentinin bazasında yaradılmış yeni departamentlərinə təyinatlar olub.

Trend-in məlumatına görə, Habil Məmmədov Xüsusi Gəlirlər Departamentinin, Sərxan Məmmədov isə Bakı şəhər Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru təyin edilib.

Bundan başqa, nazirliyin sabiq Aparat rəhbəri Ağasəməd Əfəndiyev Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə gətirilib.

Qeyd edək ki, yeni departamentlər 2016-cı ilin dekabrında nazirlikdə aparılan böyük struktur dəyişikliklərinə uyğun olaraq yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti