...

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin 1-ci müavini təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2017 11:27 (UTC +04:00)
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Müşahidə Şurasının toplantısı keçirilib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin 1-ci müavini təyin edilib

Bakı. Trend:

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Müşahidə Şurasının toplantısı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, toplantıda bankın İdarə Heyətinə yeni üzvün qəbulu və onun İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsinə təyinatı məsələsinə baxılıb. Abbas Məmmədəli oğlu İbrahimov ABB-nin İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsinə təyin edilib.

Abbas İbrahimov 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə İstanbul Texniki Universitetində Biznes inzibatçılığı üzrə (maliyyə istiqaməti) magistr dərəcəsi alıb. Bank-maliyyə sektorunda fəaliyyətə 2005-ci ildə “Bank of Baku” ASC-də Tədqiqat və inkişaf departamentinin mütəxəssisi kimi başlayıb. Ayrı-ayrı vaxtlarda Ödəniş kartları bölməsinin rəhbəri, Məhsulların yaradılması və idarə edilməsi departamentinin direktoru, Bankın İdarə Heyəti sədrinin müavini olub. Son təyinata qədər “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Xalid Əhədovun rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Bankının yeni üzvlərlə gücləndirilmiş peşəkar idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər xərclərin optimallaşdırılması, restrukturizasiya tədbirlərinin həyata keçirilməsi hesabına fəaliyyətin effektivliyinə qısa zamanda nail olmaq, ABB-nin sağlamlaşdırılması prosesini bu il uğurla başa çatdırmaq, həmçinin Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanında qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirməkdir.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankı hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti