...

Şahin Mustafayev: Növbəti üç il ölkədə əczaçılıq sahəsində dönüş olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2017 13:47 (UTC +04:00)
Bu ilin martında Azərbaycanda üçüncü əczaçılıq zavodunun tikintisi başlayacaq
Şahin Mustafayev: Növbəti üç il ölkədə əczaçılıq sahəsində dönüş olacaq

Bakı. Azad Həsənli - Trend:

Bu ilin martında Azərbaycanda üçüncü əczaçılıq zavodunun tikintisi başlayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir deyib: “Ümumilikdə, növbəti 3 il ərzində Azərbaycanda bir neçə əczaçılıq zavodu fəaliyyət göstərəcək. Bu gün biz əczaçılıq məhsullarının demək olar ki, 100 faizini xaricdən idxal edirik, lakin üç il ərzində bu sahədə dönüş olacaq. Biz ölkənin dərman təhlükəsizliyinin təmin olunması üçün vacib tədbirlər görəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti