...

"A-Qroup" xaricdə müalicə üçün 250 000 manatdan artıq vəsait ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2017 15:52 (UTC +04:00)
"A-Qroup" Sığorta Şirkəti öz xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, həm də onun hüdudları xaricində təqdim edir.
"A-Qroup" xaricdə müalicə üçün 250 000 manatdan artıq vəsait ödəyib

Bakı. Trend:

Tibbi sığorta bazarında lider olan, "A-Qroup" Sığorta Şirkəti öz xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, həm də onun hüdudları xaricində təqdim edir.

Yalnız 2016-cı il ərzində "A-Qroup" Sığorta Şirkəti xaricdə 52 sığortalının müalicəsini təşkil edib və ödəyib. Ümumilikdə isə ödənişlərin məbləği 250 000 manatı keçib. Sığorta hadisələrinə cərrahi müdaxilə, onkoloji xəstəliklərin müalicəsi və tibbi müayinə daxil olub.

Sığortalılar Türkiyə, Almaniya, Rusiya,İsrail, Ukrayna, Belorusiya və İranın ən yaxşı klinikalarında müayinə və müalicə alıblar.

"A-Qroup" daim öz müştərilərinin qayğısına qalan və onlara yüksək keyfiyyətli, dünya standardlarına uyğun xidmətlər göstərən şirkət kimi fəaliyyət göstərməyə davam edir.

"A-Qroup" Sığorta Şirkəti 1995-ci ildə təsis edilib və 14 könüllü sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti