...

"Nikoyl Bank"ın səhmdarlarının növbədənkənar yığıncağı təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2017 10:52 (UTC +04:00)
Yanvarın 16-da Moskvada keçirilməsi planlaşdırılan "Nikoyl Bank"ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı təxirə salınıb.
"Nikoyl Bank"ın səhmdarlarının növbədənkənar yığıncağı təxirə salınıb

Bakı. Azad Həsənli - Trend:

Yanvarın 16-da Moskvada keçirilməsi planlaşdırılan "Nikoyl Bank"ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı təxirə salınıb.

Bu barədə Trend Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən məlumat verir.

Səhmdarların növbədənkənar ümumi yığıncağı fevralın 8-də Londonda keçiriləcək.

Yığıncaqda Müşahidə Şurası və Audit Komitəsinin tərkiblərinin dəyişdirilməsi, Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi, bankın Nizamnaməsinin yeni redaksiyada təsdiq olunması kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti