...

Nazir: Çexiya Azərbaycan qazının tədarükündə maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2017 14:16 (UTC +04:00)
Azərbaycan və Çexiya dayanıqlı iqtisadi münasibətlər qurublar.
Nazir: Çexiya Azərbaycan qazının tədarükündə maraqlıdır

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycan və Çexiya dayanıqlı iqtisadi münasibətlər qurublar. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumunda Çexiyanın sənaye və ticarət naziri Yan Mladek deyib.

Nazirin sözlərinə görə, Azərbaycan Çexiyaya strateji neft tədarükçüsüdür: "Bu gün bu ixracat Çexiyanın enerji ehtiyaclarının üçdə bir hissəsini təmin edir. Çexiya “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində də maraqlıdır".

Y.Mladek qeyd edib ki, Azərbaycanla Çexiya arasında münasibətlər qeyri-neft sektorunda da dinamik inkişaf edir:

"Qlobal iqtisadi böhrana baxmayaraq, Çexiya iqtisadiyyatı artır ki, bu da ikitərəfli iqtisadi əməkdaşlıq perspektivlərini artırır. Çexiya şirkətləri üçün Azərbaycanda kənd təsərrüfatı, qida məhsulları, səhiyyə və digər sahələrdə böyük imkanlar mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti