...

Bağlanan bankların əmanətçilərinə 722 milyon manatdan çox kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2017 18:43 (UTC +04:00)
Ümumilikdə ADIF tərəfindən 10 bank üzrə 722 milyon 101 min manatdan artıq kompensasiya ödənilib.
Bağlanan bankların əmanətçilərinə 722 milyon manatdan çox kompensasiya ödənilib

Bakı. Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən yanvarın 16-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 981 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 469 min manat (ümumi kompensasiya öhdəliyinin 72,2%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 086 min manatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilib.

Fonddan Trend-ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 126 miyon 306 min manatdan çox kompensasiya ödənilib.

Bundan başqa, “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 245 min manatdan çox kompensasiya ödənilib.

Həmçinin “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) və “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 milyon 334 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,1%-i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 458 min manatdan çox kompensasiya ödənilib.

QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə isə 434 milyon 092 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98,4%-i əmanətçilərə ödənilib.

Ümumilikdə ADIF tərəfindən 10 bank üzrə 722 milyon 101 min manatdan artıq kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti