Bakı. Trend:
Bu ilin fevralından başlayaraq Azərbaycan Gürcüstanla sərhəddəki Böyük-Kəsik stansiyasında dəmiryol nəqliyyatının yoxlanması prosedurunu sürətləndiməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu məqsədlə stansiyada vaqonları qatarın hərəkəti zamanı yoxlama imkanı verən xüsusi avadanlığın quraşdırılması həyata keçirilir.