...

Azərbaycanda mobil operatorlar üçün lisenziyanın qiyməti 180 dəfə artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2017 13:57 (UTC +04:00)
Azərbaycanda sahibkarlıq fəaliyyətinə görə tələb olunan bəzi lisenziyaların alışı üçün dövlət rüsumunun artırılması təklif olunur.
Azərbaycanda mobil operatorlar üçün lisenziyanın qiyməti 180 dəfə artırılacaq

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda sahibkarlıq fəaliyyətinə görə tələb olunan bəzi lisenziyaların alışı üçün dövlət rüsumunun artırılması təklif olunur.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İqitsadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliklərə əsasən, mobil operatorların fəaliyyəti üçün lisenziyanın qiyməti 5,5 min manatdan bir milyon manatadək, dərman vasitələrinin topdansatışı üçün lisenziyanın qiyməti isə 2,25 min manatdan 20 min manatadək artırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti