...

Moldova Baş nazirinin müavini də Bakıya gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2017 14:57 (UTC +04:00)
İclas zamanı ticari-iqtisadi əməkdaşlığın inkişafı perspektivlərinə baxılması planlaşdırılır.
Moldova Baş nazirinin müavini də Bakıya gələcək

Bakı. Səba Ağayeva - Trend:

Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası fevralın sonu, martın əvvəlində keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib.

O qeyd edib ki, iclasda iştirak etmək üçün Bakıya Moldova Baş nazirinin müavini Oktavian Kalmık səfər edəcək.

Moldova XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək

Moldova XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək

Səfir bildirib ki, hazırda tərəflər iclasın keçirilməsinə hazırlıq üzərində işləyirlər:

"İclas zamanı ticari-iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə baxılması planlaşdırılır. Həmçinin yeni sənədlər üzərində iş gedir. Eləcə nəqliyyat və digər sahələrdə saziş layihələri üzrə iş aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti