...

Azərbaycanda yük daşımaları cüzi azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2017 20:21 (UTC +04:00)
2016-cı ildə Azərbaycanda nəqliyyat sektorunda 222,2 milyon ton yük daşınıb. Bu, 2015-ci ildə qeydə alınan göstəricidən 0,1 faiz azdır.
Azərbaycanda yük daşımaları cüzi azalıb

Bakı. Maksim Tsukov - Trend

2016-cı ildə Azərbaycanda nəqliyyat sektorunda 222,2 milyon ton yük daşınıb. Bu, 2015-ci ildə qeydə alınan göstəricidən 0,1 faiz azdır.

Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

İl ərzində qeyri-neft yüklərinin daşınması 2,7 faiz artaraq 166 milyon ton təşkil edib.

2016-cı ildə daşınan yüklərdən 81,9 faizi özəl sektorun payına düşüb. 63,6 faiz yük avtomobil nəqliyyatı, 26,8 faiz boru kəməri, 6,9 faizi dəmir yolu, 2,6 faizi dəniz nəqliyyatı, 0,1 faizi hava nəqliyyatı vasitəsilə daşınıb.

Hesabat dövründə sərnişin nəqliyyatı vasitəsilə 1,93 milyard nəfər daşınıb. Bu, 2015-ci ilin göstəricisindən 2 faiz çoxdur. Sərnişinlərin əsas hissəsi (88,5 faiz) avtomobil nəqliyyatı, 11,3 faiz metropoliten, qalan hissəsi digər növ nəqliyyatla daşınıb.

Ötən il dəmir yolu nəqliyyatı ilə 15,3 milyon ton yük daşınıb. Bu, 2015-ci ilin göstəricisindən 10,6 faiz azdır.

Ötən il dəniz nəqliyyatı ilə 5,81 milyon ton yük daşınıb ki, bu da 2015-ci ilin göstəricisindən 12,4 faiz azdır. Bu sahədə daşınan yüklərin 41,5 faizi neft yükllərinin payına düşüb. Azərbaycan limanlarında emal olunan yüklərin daşınma həcmi 9,13 milyon ton təşkil edib.

Avtomobil nəqLiyyatı ilə hesabat dövründə 141,5 milyon ton yük daşınıb. Bu, 2015-ci ilin göstəricisindən 2,8 faiz çoxdur.

Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının həcmi 1,71 milyard nəfər təşkil edib. Bu, 2015-ci ilin göstəricisindən 2,5 faiz artıqdır. Sərnişinlərin 96,2 faizi avtobusla, 3,8 faizi minik avtomobilləri ilə daşınıb.

Hesabat dövründə metropoliten vasitəsi ilə 217,5 milyon sərnişin daşınıb. Bu, 2015-ci ilin göstəricisindən 2 faiz azdır.

Hava nəqliyyatı ilə ötən il 1,98 milyon sərnişin daşınıb ki, bu da 2015-ci ilin göstəricisindən 8,7 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti