...

"Azər Türk Bank"da kart əməliyyatlarının dövriyyəsi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2017 15:12 (UTC +04:00)
Ötən il ərzində müştərilər bankın plastik kartları vasitəsilə 599 min əməliyyat həyata keçiriblər.
"Azər Türk Bank"da kart əməliyyatlarının dövriyyəsi artıb

Bakı. Trend:

"Azər Türk Bank"da kart əməliyyatlarının dövriyyəsi artıb.

"Azər Türk Bank"ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən il ərzində müştərilər bankın plastik kartları vasitəsilə 599 min əməliyyat həyata keçiriblər.

Kartla əməliyyatların dövriyyəsi 120 milyon manatdan artıq olub. Məlumatda qeyd edilir ki, bu göstəricilər, 2015-ci illə müqayisədə, müvafiq olaraq, 96% və 135% çoxdur. VISA və MasterCard beynəlxalq ödəniş sistemlərinin üzvü olan "Azər Türk Bank" plastik kartların buraxılması və onlardan istifadə sahəsində xidmətlərin geniş spektrini təqdim edir. Hazırda bankın 27 960 plastik kart müştərisi var ki, bu da 2015-ci illə müqayisədə 54 faiz çoxdur.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti