...

İİB "Şimal-Cənub"un maliyyələşməsinə qatıla bilər, əgər... (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2017 09:58 (UTC +04:00)
İslam İnkişaf Bankı (İİB) Azərbaycan hökumətindən müvafiq sorğu olarsa, "Şimal-Cənub" layihəsinin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirə bilər.
İİB "Şimal-Cənub"un maliyyələşməsinə qatıla bilər, əgər... (ÖZƏL)

Bakı. Azad Həsənli - Trend:

İslam İnkişaf Bankı (İİB) Azərbaycan hökumətindən müvafiq sorğu olarsa, "Şimal-Cənub" layihəsinin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirə bilər. Bunu Trend-ə eksklüziv müsahibəsində İİB-in vitse-prezidenti Sayed Ağa deyib.

S.Ağa deyib ki, İİB-in əsas vəzifələrindən biri banka üzv olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsidir və bunu da yalnız regional və inteqrasiya proqlamları, regional əməkdaşlıq vasitəsilə etmək olar.

Vitse-prezident əlavə edib ki, bank Azərbaycan hökumətinin dəstəyi ilə "Mərkəzi Asiya üçün Xüsusi proqram" hazırlayıb ki, bu da Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistanı əhatə edir.

Regional proqram və layihələrin həyata keçirilməsinin bank üçün çox vacib olduğunu vurğulayan S.Ağa deyib ki, proqramın məqsədinə enerji və nəqliyyat dəhlizlərinin, ticarətin, kənd təsərrüfatının maliyyələşdirilməsi məsələsində regional əməkdaşlığı genişləndirməkdən əlavə, regional ticarət, nəqliyyat və investisiya xərclərinin azaldılması məsələsi də daxildir:

""Mərkəzi Asiya üçün Xüsusi Proqramın" ümumi dəyəri altı milyard dollar təşkil edir. Bu proqrama 2016-2020-ci illərdə həyata keçirilməsi nəzərdə tutulan nəqliyyat, energetika, kənd təsərrüfatı və ticarət sahəsində bir sıra layihələr daxildir".

İİB-in bu ilki planlarına gəldikdə isə S.Ağa bildirib ki, bank Azərbaycan höküməti ilə nəqliyyat və energetika sahələrində layihələrin həyata keçirilməsi üzrə danışıqlara başlayıb:

"Kənd təsərrüfatı çox önəmli layihə olduğundan, xüsusilə diversifikasiya baxımından, biz bu sahayə və irriqasiya sistemlərinə sərmayə qoymağı davam etdirəcəyik. Biz bu il də bəzi regional layihələrin reallaşmasına ümid edirik".

Qeyd edək ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Şimali Avropanı Canub-Şərqi Asiya ilə və Azərbycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsi məqsədini daşıyır. Birinci mərhələdə dəhliz ilə ildə beş milyon ton yük daşımaq planlaşdırılır, gələcəkdə isə 10 milyon tondan artıq.

Azərbaycan İİB qrupuna 1992-ci ildə qoşulub. Əməkdaşlığın əvvəlindən bank ölkədəki layihələrə 1,3 milyard dollardan çox pul ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti