...

VTB (Azərbaycan) “Ümid yeri” uşaq sığınacağına kompüter sinfi hədiyyə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2017 16:16 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ictimaiyyətin dəstəyinə ehtiyacı olan uşaqlar üçün növbəti xeyriyyə aksiyası keçirib.
VTB (Azərbaycan) “Ümid yeri” uşaq sığınacağına kompüter sinfi hədiyyə edib

Bakı. Trend:

Bank VTB (Azərbaycan) ictimaiyyətin dəstəyinə ehtiyacı olan uşaqlar üçün növbəti xeyriyyə aksiyası keçirib.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu dəfə bank “Ümid yeri” sığınacağındakı uşaqlara tam təmirli və təchiz olunmuş kompüter sinfi hədiyyə edib.

VTB (Azərbaycan) uşaqlara 10 kompüter və printer hədiyyə etməklə yanaşı, sinfi kompüter masaları və oturacaqları ilə, eləcə də sənəd və geyim üçün dolablarla təmin edib. Bununla yanaşı, sığınacağa iki mətbəx və yumşaq mebel dəsti, gündəlik tələbatda lazım olan əşyalar hədiyyə edib.

Kompüter sinfinin açılış günü bank VTB-nin (Azərbaycan) idarə heyətinin sədri Yuri Yakovlev və Rus icmasının rəhbəri, millət vəkili Mixail Zabelin uşaqların qonağı olub, onların problemləri, eləcə də təhsil və tərbiyələri ilə maraqlanıb.

Öz fəaliyyətində bank VTB (Azərbaycan) korporativ sosial məsuliyyətə xüsusi diqqət ayırır və ölkənin təhsil, mədəniyyət, idman və səhiyyə sahəsindəki layihələri dəstəkləyir. Bankın əsas məqsədi uzunmüddətli kömək göstərməkdir. Kompüter sinfi hesabına “Ümid yeri” sakinləri müasir texnologiyaları mənimsəmək və kompüterdə işləməyi öyrənmək imkanı qazanıblar, uşaqlar internetdəki geniş məlumat bazasına çıxış əldə edib məktəb tapşırıqlarına daha yaxşı hazırlaşa biləcəklər.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
“Ümid Yeri”- Azərbaycanda ilk uşaq sığınacağıdır və 1997-ci ildə AR Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. “Ümid Yeri” üzvləri və könüllülər mütəmadi olaraq Bakı küçələrində, vağzallarda və digər yerlərdə reydlər keçirir. Fəaliyyət dövründə burada 5 000-dən çox uşaq sığınacaq alıb. Sığınacağın birdəfəlik tutum gücü 50 uşaqdır. Burada buraxdıqları təhsil müddətini bərpa etdikdən sonra uşaqlar orta ümumtəhsil məktəblərinə göndərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti