...

Bağlanan bankların əmanətçilərinə 724 milyon manata yaxın kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2017 14:18 (UTC +04:00)
“Bank Standard”ın qorunan əmanətçilərinə 434 milyon 823 min manatdan artıq kompensasiya ödənilib.
Bağlanan bankların əmanətçilərinə 724 milyon manata yaxın kompensasiya ödənilib

Bakı. Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən fevralın 1-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 135 min manat (ümumi kompensasiya öhdəliyinin 98,3%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 53 milyon 383 min manat (ümumi kompensasiya öhdəliyinin 73%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i), “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 086 min manatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilib.

Fonddan Trend-ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 127 miyon 374 min manatdan çox kompensasiya ödənilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 245 min manatdan çox kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 397 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,1%-i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 534 min manatdan çox kompensasiya ödənilib.

Bundan başqa, QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 434 milyon 823 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99 %-i əmanətçilərə ödənilib.

Ümumilikdə ADIF tərəfindən 10 bank üzrə 723 milyon 976 min manatdan artıq kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti