...

Dünya Bankının vitse-prezidenti Bakıya gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2017 16:11 (UTC +04:00)
Dünya Bankının vitse-prezidenti fevralın 9-da Bakıya səfər edəcək.
Dünya Bankının vitse-prezidenti Bakıya gəlir

Bakı. Azad Həsənli - Trend:

Dünya Bankının (DB) ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq prespektivlərinin müzakirə edilməsi məqsədilə cari il fevralın 9-da bankın Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Muller Bakıya səfər edəcək.

Bu barədə Trend-ə özəl olaraq bankın yerli nümayəndəliyindən məlumat veriblər.

Bankdan verlən məlumatda qeyd olunur ki, S.Muller Bakıda 1 gün olacaq: "Vitse-prezidentin Bakıda olduğu müddət ərzində hökumət nümayəndələri ilə görüşlər keçirəcəyi planlaşdırılıb".

Qeyd edək ki, o, bu vəzifəyə 2015-ci il iyul ayında təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti