...

Azərbaycanın Rusiyada ticarət nümayəndəsi təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2017 15:42 (UTC +04:00)
Azərbaycanın Rusiyada ticarət nümayəndəsi təyin edilib
Azərbaycanın Rusiyada ticarət nümayəndəsi təyin edilib

Bakı. Trend:

"Atəşgah" Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyev Azərbaycanın Rusiyadakı səfirliyində ticarət nümayəndəsi təyin edilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

R.Əliyev Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetini beynəlxalq hüquq sahəsində bakalavr və magistr üzrə bitirib, sonra təhsilini Londonda davam etdirib. Azərbaycanda və Rusiyada həm dövlət sektorunda, həm də özəl sektorda böyük təcrübəsi var, iqtisad elmləri namizədidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti