...

Mərkəzi Bank: Bu, xidmət haqlarının yüksəldilməsinə əsas vermir (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2017 17:53 (UTC +04:00)
İri nominallı əsginasların məxaricinə xidmət haqqının tətbiq olunması aşağı və orta nominallı pul nişanlarına xidmət haqlarının yüksəldilməsinə əsas vermir.
Mərkəzi Bank: Bu, xidmət haqlarının yüksəldilməsinə əsas vermir (ÖZƏL)

Bakı. Ənvər Məmmədov - Trend:

İri nominallı əsginasların məxaricinə xidmət haqqının tətbiq olunması aşağı və orta nominallı pul nişanlarına xidmət haqlarının yüksəldilməsinə əsas vermir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankdan (AMB) bildiriblər.

Qeyd olunub ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 dekabr 2016-cı il tarixli protokol-qərarı ilə 1 fevral 2017-ci il tarixdən etibarən iri nominallı (50 və 100 manat) kağız pul nişanlarının məxaricinə 0,1% həcmində xidmət haqqı tətbiq olunub:

Azərbaycanda iri nominallı əsginaslar buraxılacaq? - Rəsmi cavab (ÖZƏL)

Azərbaycanda iri nominallı əsginaslar buraxılacaq? - Rəsmi cavab (ÖZƏL)

"Tariflərin tətbiqi, əsasən, tədavüldə nağd pulun strukturunun optimallaşdırılması, iri nominallı pul nişanlarının nağd hesablaşmalarda çəkisinin azaldılması, nağdsız ödənişlərin inkişaf etdirilməsinin dəstəklənməsi, əhalinin və bütövlükdə iqtisadiyyatın xırda və orta nominallı pul nişanlarına tələbatın daha çevik ödənilməsi məqsədilə həyata keçirilib. Bildiririk ki, tariflər tədavüldə istehlakçılar tərəfindən daha çox istifadə olunan aşağı (1 və 5 manat) və orta (10 və 20 manat) nominallı pul nişanlarına tətbiq edilməyib, yalnız böyük həcmli əməliyyatlarda istifadə olunan iri nominallı (50 və 100 manat) pul nişanlarına şamil edilib. Bu isə banklar tərəfindən müştərilərlə əməliyyatlarda daha çox istifadə edilən aşağı və orta nominallı pul nişanlarına xidmət haqlarının yüksəldilməsinə əsas vermir".

AMB-dən bildirilib ki, Mərkəzi Bank nağd pulla bağlı bir sıra xərcləri, o cümlədən pulların təhlükəsiz saxlanması, daşınması, emalı və dövriyyənin təzələnməsi ilə bağlı xərcləri mərkəzləşdirərək tam öz üzərinə götürüb və bankları bu xərclərdən azad edib: "İri nominallı pul nişanlarının Mərkəzi Bankdan məxaricinə tətbiq olunan 0,1% tariflər üzrə bankların xərcləri isə onların nağd pulla bağlı biznes proseslərdən əldə etdiyi gəlirlərin çox az hissəsini təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti