...

Türkiyəli nazir Bakıya gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2017 19:57 (UTC +04:00)
Fevralın 23-ü Türkiyənin kənd təsərrüfatı naziri Faruk Çelik Azərbaycana səfər edəcək
Türkiyəli nazir Bakıya gəlir

Bakı. Azad Həsənli - Trend:

Fevralın 23-ü Türkiyənin kənd təsərrüfatı naziri Faruk Çelik Azərbaycana səfər edəcək.

Trend-in Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən məlumatına görə, nazir Azərbaycan-Türkiyə biznes forumunda iştirak edəcək.

Tədbirdə həmçinin Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov, Türkiyənin Xarici iqtisadi əlaqələr Şurasının rəhbəri Səlcuq Akat və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak edəcək.

Bundan başqa həmin forumda kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən 150-yə yaxın sahibkarın iştirakı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti